Azərbaycan - Macarıstan matçından (1:2) sonra qonaqların baş məşqçisi Marko Rossinin mətbuat konfransı keçirilib.
Apasport.az xəbər verir ki, portuqaliyalı baş məşqçi oyunu dəyərləndirdikdən sonra jurnalistlərin suallarını cavablandırıb:
- Azərbaycan yığmasından gözləntiləriniz nə idi? Sürprizlə qarşılaşdız?
- Dünən də vurğulamışdım, rəqibə hörmətlə yanaşırdıq. Oyunu diqtə etməyə çalışırdıq. 85-ci dəqiqəyə qədər bunu bacardıq. Son 10 dəqiqədə Azərbaycan millisi üstünlüyə yiyələndi. Azərbaycan yığması üçün gileylənməyə dəyməz. Yaxşı rəqib idilər. Lakin statistika bizim tərəfimizdə idi.
- Buraxdığınız qolu necə dəyərləndirirsiz? Sanki top ələ dəymişdi…
- Texniki zonadan görünmürdü. Təkrarına baxdıq, ələ dəydiyi göründü. Təəssüf ki, VAR bu gün çalışmırdı.
- Bu gün fərqli sistemlə çıxış etdiz. Nəticədən və oyundan razı qaldız?
- Yaxşı oynadıq. Kifayət qədər epizod yaratdıq. Oyunun ritmini əlimizdə saxladıq. Komandamdan razı qaldım. Yalnız son 10 dəqiqədə çaşbaşlıq var idi.
Rauf Əliyev: "Qələbə həsrəti futbolçularda inamsızlıq yaradır"
Nigar Mirzəliyeva: "Hədəfimiz Millətlər Liqasında qrup birinciliyi olacaq"
AFFA onları da iyrəndirdi: AZARKEŞLƏRDƏN MİLLİYƏ BOYKOT
Rahid Əmirquliyev: "Milli ruh, istək görünmür"
Çexiya - İngiltərə matçını Elçin Məsiyev idarə edəcək