AZ

Ailələr niyə uşaq istəmir - BMT səbəb AÇIQLADI

Ailələr

BMT-nin Əhali Fondu (UNFPA) tərəfindən yayımlanan yeni hesabatda qlobal doğum səviyyəsinin azalmasının əsas səbəbinin insanların fərdi seçimləri deyil, iqtisadi və sosial maneələr olduğu vurğulanır. 14 ölkədə aparılan sorğuda iştirak edənlərin 20%-i istədikləri sayda uşağa sahib ola bilmədiklərini bildiriblər. Əsas maneələr kimi maliyyə çətinlikləri (39%), işsizlik (21%), mənzil problemləri (19%), sağlamlıq məsələləri və uyğun partnyor çatışmazlığı qeyd olunub. Hesabatda həmçinin, bəzi qadınların sosial təzyiqlər səbəbindən istəmədikləri halda ana olduqları, digərlərinin isə reproduktiv sağlamlıq xidmətlərinə çıxış imkanlarının məhdudluğu səbəbindən istədikləri sayda uşağa sahib ola bilmədikləri qeyd edilib. UNFPA, doğum səviyyəsini artırmaq üçün tətbiq olunan məcburi və ya maliyyə təşviqlərinin effektiv olmadığını və qadınların hüquqlarını poza biləcəyini bildirərək, gender bərabərliyi, ailə və iş həyatının uyğunlaşdırılması və reproduktiv sağlamlıq xidmətlərinə bərabər çıxışın təmin edilməsinin vacibliyini vurğulayır.Ulusum.az

Diqqət Çəkənlər

Burun Dolğusu Faciəsi: Klinikanın Fəaliyyəti Dayandırıldı - FOTO

Sülh yoxsa müharibə? Nüvə danışıqları çökərsə, İsrail hücuma keçəcək

Hər Körpəyə 1000 Dollar: Yeni Maliyyə Proqramı Başlayır

Seçilən
82
ulusum.az

1Mənbələr