Azərbaycan milli komandası bu gün Bakıda beynəlxalq yoldaşlıq görüşündə Macarıstan yığmasına 1:2 hesabı ilə uduzub.
Offsideplus.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında qonaqların baş məşqçisi Marko Rossi jurnalistlərin suallarını cavablandırıb.
- Azərbaycan yığması hansısa komponentdə sürpriz etdi?
- Rəqibə hörmətlə yanaşırdıq. Oyuna nəzarət etməyə çalışdıq. Bu da baş verdi. Son 10 dəqiqədə bəlkə də bəzi dəyişiklər istədiiyimiz kimi nəticə vermədi. Onlar başlanğıcdan sona qədər mübarizə apardılar. Azərbaycan yığması kağız üzərində özündən güclü rəqiblə qarşılaşırdı. Buna baxmayaraq, sizin komandanın çox qol vurmaq şansı oldu. Şansı gətirsəydi, oyun heç-heçə tamamlanacaqdı.
- Renat Dadaşov bərabərlik qolunu vuranda etiraz edirdiniz. Sizcə, həmin epizodda top onun əlinə dəymişdi?
- Bəli, açığı orda topa əllə toxunuş vardı. Düzdür, texniki zonadan görmədim, oyundan sonra baxdım. VAR olmadığı üçün qərar dəyişmədi.
- Sistemdə dəyişiklik komandanızda dəyişiklik edilmişdi. Razı qaldınızmı?
- Bəli. Yaxşı oynadıq. Kifayət qədər vəziyyətlər yaratdıq, tatiki cəhətdən komandamdan razı qaldım. Son 10 dəqiqəni çıxsaq, razıyam.
- Macarıstan komandasında qapıçı dəyişikliyi oldu. İki qapıçı ilə çıxış etməyə səbəb nə idi?
- Hər ikisi yaxşı, səhvsiz oynadı. Bu, qabaqcadan razılaşdırılmış qərar idi.
- Azərbaycan milli komandasında bəyəndiyiniz futbolçu oldumu?
- Mahir Emrelini vurğulamaq istərdim. Təsadüf deyil ki, II Bundesliqada çıxış edir. Texniki cəhətdən də yaxşıdır. Bu gün yaxşı performans göstərdi. Komanda yoldaşları da cəsur çıxış etdilər.
- Əvvəllər də Azərbaycan milli komandası ilə qarşılaşmasınız. Bu dəfə yığmamızın oyun planında hansı dəyişiklik diqqətinizi çəkdi?
- Burda oynadığımız ilk oyunu xatırlayıram. 3:1 hesabı qeydə alınmışdı, asan görünsə də, çətin matç idi.Altı il əvvəlki oyun da asan deyildi. Texniki cəhətdən zəif görünə bilər, amma komanda meydanda yaxşı təşkil olunub. Bu, Fernandu Santuşun işinin nəticəsidir.