Rusiya ordusu Zaporojye vilayətində faktiki olaraq hücuma başlayıb.
Bu barədə iyunun 10-da Mariupol merinin Donetsk vilayəti üzrə keçmiş müşaviri və İşğalın Öyrənilməsi Mərkəzinin rəhbəri Petro Andryuşenko Telegram-da məlumat verib.
Onun sözlərinə görə, müdafiə qüvvələri düşmənin irəliləyişinin qarşısını alır. Rusiya ordusu ağır itkilər verir, ələ keçirilən ərazilərdə xəstəxanalar yaralı işğalçılarla dolub-daşır: “Biz Rozovka, Berdyansk, Mangush, Nikolskoye xəstəxanalarının və Mariupoldakı hər iki xəstəxananın hər gün ağır yaralı ruslarla doldurulmasını qeydə alırıq”, – yazıda deyilir.
İyunun 7-də Andryuşşenko bildirmişdi ki, işğalçılar Donetsk istiqamətindən Zaporojya istiqamətinə hərbi texnika və canlı qüvvə keçirirlər.
//Samir Qurbanov, Editor.az