"Bayer Leverkuzen"in yarımmüdafiəçisi Qranit Xaka komandasını tərk etmək fikrində deyil.
90deqiqe.Az-ın "Sky Sport Germany"a istinadən yaydığı məlumata görə, komandanın sabiq baş məşqçisi Xabi Alonsonun “Real Madrid”ə getməsinə baxmayaraq, futbolçunun klubla münasibətləri yaxşı olaraq qalır.
Mənbə bildirir ki, transfer yalnız Qranit ən yüksək təklif alacağı halda nəzərə alınacaq. Hazırda futbolçunun xidmətində iki klub - İtaliyanın "Milan"ı və Türkiyənin "Qalatasaray"ı maraqlanır. Sözügedən komandalar hazırda futbolçunun agenti ilə danışıqlar aparır.
"Bayer"in baş məşqçisi Erik ten Haq Xakanı komandada saxlamaq istəyir. Niderlandlı mütəxəssis niyyətini başa düşmək üçün futbolçu ilə danışıqlar aparacaq.