Şimali Makedoniyanın paytaxtı Skopyedə 17 yaşadək idmançılar arasında güləş üzrə Avropa çempionatı davam edir.
Oxu.Az xəbər verir ki, ikinci yarış günündə yunan-Roma güləşi üzrə ilk medalçılar müəyyənləşib.
Qurban Məcnunov (48 kq) yunanıstanlı Nikolaos Zinisanı 4:1 hesabıyla məğlub edərək bürünc medal qazanıb.
Nicat Yeylaqaliyev (80 kq) isə isveçli Yens Abrahamssona tam üstünlüklə (10:0) qalib gələrək eyni uğuru təkrarlayıb.
Günün son qarşılaşmasında Rihad İbrahimli (110 kq) finalda bolqarıstanlı Denis Lazarovla üz-üzə gəlib. İlk hissəni minimal fərqlə öndə tamamlayan Sumqayıt güləş məktəbinin yetirməsi fasilədən sonra rəqibinə göz açmağa imkan verməyib. Həmyerlimiz "tuş"la qələbə qazanaraq Avropa çempionu olub.
Beləliklə, millimiz qitə birinciliyinə 1 qızıl və 2 bürünc medalla start verib.
10Mənbələr
-
icma.azVelosipedçilərimiz Yeniyetmələrin Avropa Yay Olimpiya Festivalına hazırlaşırlar ( 19035829)
-
news24.azAvropa çempionatı: Azərbaycanın 3 güləşçisi medal qazandı ( 19006588)
-
baki-xeber.comİdmançılarımızdan 1 gümüş, 2 bürünc medal ( 19012348)
-
icma.azİdmançımız bürünc medal qazandı ( 19010062)
-
football-plus.azİdmançımız bürünc medal qazandı - AÇ ( 19009999)
-
rekord.azAÇ-nin son günündə 1 gümüş, 2 bürünc medal ( 19008166)
-
teleqraf.comGüləşçilərimiz 1 gümüş, 2 bürünc medal qazandı - Avropa çempionatı ( 19007551)
-
ikisahil.azGüləşçilərimiz AÇ-nin son günündə 1 gümüş, 2 bürünc medal qazanıb ( 19007278)
-
offsideplus.azMilli komandamız Andorraya uduzdu ( 19007137)
-
oxu.azGüləşçilərimiz AÇ nin son günündə bir gümüş, iki bürünc medal qazanıblar ( 19007131)