Azərbaycan millisi bu gün yoxlama oyunu çərçivəsində Macarıstan yığmasını qəbul edib.
Publika.az xəbər verir ki, 1:2 hesabı ilə məğlub olan Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuşun oyundan sonra mətbuat konfransı keçirilib. Portuqaliyalı çalışdırıcı oyuna yaxşı başlamadıqlarını bildirib:
“Oyuna yaxşı başlamadıq, qapımızda erkən qol gördük. Buna baxmayaraq, oyunçularım tez toparlanıb reaksiya verə bildilər və hesabı bərabərləşdirdik. Bundan sonra oyunda balans yarandı. Sonra ikinci qolu buraxdıq. Oyunçularım sona qədər inanırdı ki, bərabərlik qolunu vuracaqlar.
Bəzi futbolçularda yorğunluq var idi, ona görə əvəzetmələr etdik. Oyunun son 15 dəqiqəsində üç şansımız oldu, yararlana bilmədik. Futbolda bəzən bəxt də lazımdır. Ümumi götürəndə, keçirdiyimiz bu iki oyundakı çıxışımızdan məmnunam, razıyam. Bu təlim-məşq toplanışını öncəki ilə müqayisə etdikdə oyunçularım daha yaxşı çıxış etdilər.
Sonlara yaxın Rza Cəfərovun irəli çıxması, rəqibin cərmə meydançasına kimi getməsi təbii ki, mənim qərarım idi.