AZ

Biri Moksvadan, biri Tehrandan...

Rusiya Prezidentinin köməkçisi Vladimir Medinskinin Qarabağı "mübahisəli ərazi" adlandırmasıyla İranın əsas rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayətinin Zəngəzur dəhlizi haqqındakı açıqlaması prinsipcə eyni mahiyyətlidirlər.Moskva da, Tehran da bununla bir daha Azərbaycanın yaratdığı geosiyasi reallığın, torpaqlarını işğaldan qurtarıb üzərində suverenliyini tam təmin etməsinin onların heç ürəklərindən olmadığını sərgiləyirlər.

Ötən əsrin 90-cı illərinin xiffətini çəkənlərin gözgötürməzlikdən qaynaqlanan bu açıqlamaları üstəlik, sırf cəfəngiyyatdır. Rusiyanı demirəm(çünki onun 1994-cü ildə təhlükəsizliyinin təminatını öz üzərinə götürdüyü Ukraynada nələr etdiyini görürük),dünyada elə bir dövlət varmı ki,Qarabağı Azərbaycanın bir parçası kimi tanımasın? Əgər hətta Ermənistan baş naziri belə "Qarabağ Azərbaycandır" deyirsə, o, necə mübahisəli ərazi ola bilər?

Əli Əkbər Vilayətinin Zəngəzur dəhlizinin açılmasının guya Ermənistan torpaqlarını ələ keçirmək vəNATO-nu regiona gətirmək məqsədi daşıdığı, Baydenin bu planı dəstəklədiyi haqda dedikləri də, ölkəsinin"heç vaxt indiki qədər güclü və nüfuzlu olmadığı" fikri qədər reallıqdan uzaqdır.Əgər Zəngəzur dəhlizini açmaqda məqsəd Ermənistan torpaqlarını ələ keçirməkdisə, onda İran Araz dəhlizinə niyə izn verirdi? Axı bu dəhliz də Azərbaycanın bir hissəsi ilə digər hissəsi arasında əlaqə yaratmaq üçündür.

Bayden adminstrasiyasının Zəngəzur dəhlizini dəstəkləməsinə gəldikdə, burada həqiqət payı həmən Vilayətinin bizim Qarabağı işğaldan qurtarmamıza guya sevindikləriylə bağlı bir vaxtlar səsləndirdiyi açıqlamadakı qədərdir. Əgər İran onun dediyi kimi Zəngəzur dəhlizinin açılmasını həm də NATO-nun regiona gəlməməsi üçün istəmirsə, onda gözlərini yaxşı açsalar, görərlər ki, həmən NATO artıq buradadır.

Qaldı İranın heç vaxt indiki qədər güclü və nüfuzlu olmamasına, ağaye Vilayətinin güc və nüfuz deyəndə nəyi nəzərdə tutduğunu açığı anlamaq çətindir. Əgər İranın gücü elə aşıb-daşırsa, onda strateji obyektlərini bir-bir, zərgər dəqiqliyi ilə və istədikləri vaxt sıradan çıxaranlara, neçə generallarını, göz bəbəyi kimi qoruduqları evdə ən əziz qonaqlarını məhv edənlərə, Livanda, Suriyada, Yəməndəki proksilərinə ağır zərbə endirənlərə bunu niyə göstərmir?

Seçilən
67
aznews.az

1Mənbələr