AZ

​Los-Anceles mühasirədə idi -

Los-Ancelesdəki təhlükə aradan qalxana qədər Milli Qvardiya şəhərdə xidmətini davam etdirəcək.Metbuat.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp belə açıqlama verib. O bildirib ki, hakimiyyət hadisəyə müdaxilə edənə qədər yerli administrasiya üsyançılara qarşı tədbir həyata keçirməyib.

Tramp, "Biz ora çatana qədər Los-Anceles mühasirədə idi. Polis onu nəzarətə götürə bilmədi. Onlar əllərindən gələni etdilər, lakin hadisələrin öhdəsindən gələ bilmədilər. Ştat hökuməti Milli Qvardiyanı çağırmadı, nəhayət onları göndərdik. Oraya dəstək göndərməsəydik, Los-Anceles bu gün xarabalığa çevriləcəkdi. Los Ancelesdəki şiddəti dayandırdım" - deyə bildirib.

Seçilən
61
metbuat.az

1Mənbələr