Yer kürəsi isinir, lakin planetin yalnız bir yeri soyuyur - SƏBƏBQlobal istiləşmə səbəbindən Yerdə temperatur yüksəldiyi halda planetin bir hissəsi soyumağa başlayır.
News24.az bildirir ki, bu barədə Oxu.Az "Journal of Climate" jurnalında dərc edilmiş araşdırmaya istinadla xəbər verir.
Bildirilir ki, soyuma Qrenlandiyanın cənubunda Atlantik okeanında baş verir. Bu yer "soyuq damla" və ya "Şimali Atlantik istiləşmə dəliyi" kimi də tanınır.
"Soyuq damla" qlobal istilik xəritələrində anomal mavi ləkə kimi görünür. Qlobal istiləşmə nəticəsində okeanların orta temperaturu yüksəlsə də, "soyuq damla"da bunun əvəzinə temperaturun aşağı düşdüyünü göstərir.
Alimlər 2040-cı ildən etibarən küləklərin dəyişməsinin okean sirkulyasiyasına təsir edəcəyini və soyumanı gücləndirəcəyini proqnozlaşdırırlar.