Yığmamızın hücumçusu Mahir Emreli matçdan soQqqnra “Football-plus.az”a açıqlama verdi.
28 yaşlı futbolçu görüş haqda danışdı:
"Yoldaşlıq oyunu olsa da, temp yüksək idi. Komanda olaraq bir-birimizi çox yaxşı başa düşdük. Yaxşı mübarizə apardıq. Bu məğlubiyyət məni həm üzür, həm də sevindirir. Əminliklə deyə bilərəm ki, bəxtimiz gətirmədi. Macarıstan millisi bir-iki futbolçusu istisna olmaqla, xüsusi özəlliyi olan komanda deyil. Rza da qol vura bilərdi. Uzun müddətdən sonra cəsarətli oynayanda nələr edə biləcəyimizi göstərdik. Qolları da adi səhvlərdən buraxdıq. Oyuna baxanlar deyə bilməz ki, uşaqlar pis oynadı, can qoymadı. Çatışmayan qol və qələbə idi. Nəticə oyuna görə olmadı".
MÜZƏFFƏR QULUZADƏ