AZ

"Mançester Siti"dən daha bir transfer

"Lion"un yarımmüdafiəçisi Rayan Şerkinin İngiltərənin “Mançester Siti” klubuna keçidi rəsmiləşib.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

21 yaşlı futbolçu ilə imzalanan müqavilə 2030-cu ilin yayına qədər nəzərdə tutulub.

Fransa mətbuatında yer alan xəbərlərə görə, “şəhərlilər” bu transfer üçün “Lion” klubuna təxminən 40 milyon avro təzminat ödəyib.

Çerki 2020-ci ildə "Lion"da oynayıb. Bu müddət ərzində o, bütün yarışlarda 185 oyun keçirib, burada 29 qol vurub və 45 məhsuldar ötürmə edib. Ötən mövsüm yarımmüdafiəçi bütün turnirlərdə 44 matçda iştirak edib, 12 qol vurub və 20 məhsuldar ötürmə edib. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 45 milyon avrodur.

Seçilən
59
90deqiqe.az

1Mənbələr