AZ

Mask Rusiyadan raket almaq istəyirmiş

BAKI, 10 iyun. TELEQRAF.

Amerikalı milyarder İlon Musk raket istehsalı fəaliyyətinin başlanğıcında Rusiyada raket almaq istəyib.

Teleqraf xəbər verir ki, bunu onun atası, mühəndis və biznesmen Errol Mask “Gələcəyin Forumu - 2050”də çıxışı zamanı deyib.

Lakin Rusiyada İ.Maskın arzusunu zarafat saydıqları üçün onu rədd ediblər.

E.Mask deyib: "O, Rusiyadan raket almağa çalışdı. Hamımızın bildiyi kimi, Rusiya ilk raketlərin vətənidir. Ona raket vermədilər, zarafat etdiyini düşündülər".

Atasının dediyinə görə, bundan sonra İ.Mask "SpaceX" şirkəti daxilində öz raket istehsalı ilə məşğul olmağa başlayıb.

Seçilən
53
2
teleqraf.com

3Mənbələr