AZ

Tramp: Milli Qvardiya təhlükə sovuşana qədər Los-Ancelesdə qalacaq

Vaşinqton, 10 iyun, AZƏRTAC

ABŞ Prezidenti Donald Tramp hərbçilərin Los-Ancelesdə olması ilə vəziyyətin daha çox nəzarətdən çıxacağından narahat olmadığını deyib.

AZƏRTAC-ın məlumatına görə, o, jurnalistlərə açıqlamasında Milli Qvardiya qoşunlarının Los-Ancelesdə təhlükə tamamilə sovuşana qədər qalacağını açıqlayıb. Tramp ən fövqəladə addım olan Üsyan Aktına müraciət edib-etməyəcəyi ilə bağlı sualı cavablandırıb.

"Əgər üsyan olarsa, mən buna mütləq müraciət edərəm. Baxacağıq. Ancaq sizə deyə bilərəm ki, dünən gecə dəhşətli idi və ondan əvvəlki gecə daha dəhşətli olub", - deyə Tramp bildirib.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Seçilən
103
4
azertag.az

5Mənbələr