Bakının Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində baş verən qəza aradan qaldırılıb.
BAKU.WS-in məlumatına görə, qəzadan sonra qəsəbəyə verilən elektrik enerjisinin kəsintisi bərpa edilib. Nəticədə, qaranlığa qərq olan Biləcəri qəsəbəsinin böyük hissəsində işıqlar yanıb.
Qeyd edək ki, son günlər Biləcəri qəsəbəsi ərazisində tez-tez elektrik enerjisinin verilişində fasilələr yaranır.
***22:36
Bakının Binəqədi rayonu, Biləcəri qəsəbəsinin böyük bir hissəsində işıqlar sönüb.
Bu barədə BAKU.WS-in "qaynar xətti"nə qəsəbə sakinləri bildiriblər.
Qeyd edilir ki, hadisəyə qəza səbəb olub.
Belə ki, avtomobil elektrik dirəyinə çırpılıb.
Nəticədə yüksək gərginlikli xətlərin sıradan çıxıb. Hazırda ərazidə təmir bərpa işləri gedir