Rusiyanın əsas maliyyə ehtiyatı sayılan Milli Rifah Fondu (MRF) sürətlə azalır və 2026-cı ilə qədər tamamilə tükənə bilər.
Operativ Media xəbər verir ki, bu barədə Gaidar İnstitutu məlumat yayıb.
Tədqiqatçılara görə, neft qiymətləri aşağı səviyyədə qalarsa, fondun likvid aktivləri yaxın iki il ərzində bitə bilər.
Son iki il ərzində fondun həcmi üç dəfə azalaraq 113,5 milyard dollardan 37,4 milyard dollara düşüb.
Qeyd edək ki, hazırda fondun tərkibində cəmi 139,5 ton qızıl və 153,7 milyard yuan qalıb ki, bu da 2008-ci ildə fond yaradıldıqdan bəri ən aşağı səviyyədir.