AZ

Kudus uğrunda mübarizədə "Çelsi"nin rəqibi var

"Çelsi" "Vest Hem"in hücumçusu Məhəmməd Kudus üçün rəqabət aparır.

90deqiqe.Az-ın "Football Insider"ə istinadən yaydığı məlumata görə, “Nyukasl”da qanalı üçün London klubu ilə mübarizəyə qoşulub.

Bildirilir ki, "sağsağanlar" Kudus uğrunda mübarizədə “Çelsi” ilə rəqabət aparmaq niyyətindədir.

Daha əvvəl "Vest Hem"in Məhəmməd üçün 70 milyon avroya yaxın təzminat almaq niyyətində olduğu bildirilirdi.

Kudusun özü də “Vest Hem”dən ayrılıb Çempionlar Liqasında çıxış edən kluba getməkdə maraqlıdır. Məhəmməd  "çəkiclər"ə 2023-cü ilin yayında "Ayaks" klubundan keçib.

Seçilən
45
90deqiqe.az

1Mənbələr