AZ

Alimlər uzunömürlülüyü proqnozlaşdırmağı öyrəniblər

Böyük Britaniya və Finlandiyadan olan beynəlxalq alimlər qrupu aktiv insan sağlamlığı dövrünü qiymətləndirmək üçün yeni test yaratmaqla qocalmanın tədqiqində irəliləyiş əldə ediblər.

Aznews.az xəbər verir ki , tədqiqatın nəticələri “Proceedings of the National Academy of Sciences” (PNAS) elmi jurnalında dərc olunub.

“Healthspan Proteomic Score” (HPS) adlanan üsul qandakı 86 əsas zülalı təhlil edir və yüksək dəqiqliklə yaşa bağlı xəstəliklərin inkişaf ehtimalını proqnozlaşdırır.

Komanda 56,000 insanın tibbi məlumatlarına baxıb. Müəyyən edilib ki, aşağı “HPS” ölüm riskinin artması və ürək çatışmazlığı, diabet, demans və insult kimi xəstəliklərin inkişafı ilə əlaqələndirilir.

Seçilən
77
aznews.az

1Mənbələr