BAKI, 11 iyun. TELEQRAF
Fransa Prezidenti Emmanuel Makron fransız uşaqlarına bıçağı və sosial şəbəkələri qadağa etmək istəyir.
Teleqraf xəbər verir ki, E.Makron bu gün 15 yaşlı məktəblinin kollec işçisinə hücumundan sonra bu qərara gəlib.
E.Makron sosial medianın yeniyetmələri aqressivləşdirdiyini bildirib. Eyni zamanda o, uşaqlara bıçaq satışı qadağasının vacibliyini bəyan edib.
Qeyd edək ki, bu gün Yuxarı Marne departamentində şagird məktəb işçisinə bıçaqla hücum edib, nəticədə qadın ölüb.
.