Birləşmiş Millətlər Təşkilatının Əhali Fondunun (UNFPA) hesabatına görə, planetdə doğum səviyyəsi kritik həddə düşüb, dünyada milyonlarla insan iqtisadi və sosial çətinliklər səbəbindən uşaq sahibi ola bilmir...
Poliqon bu barədə xarici mətbuata istinadən xəbər verir.
Sənəddə qeyd olunub ki, doğum səviyyəsinin aşağı düşməsinin əsas səbəbləri maliyyə çətinlikləri və yaşayış minimumunun yüksək olmasıdır. Hər beşinci respondentdən biri iddia edir ki, o, istədiyi qədər uşaq sahibi ola bilməz.
Respondentlər həmçinin qadınlar üçün iş və uşaq baxımının birləşdirilməsinin çətinliyindən, dövlətin demoqrafik siyasətinin səmərəsizliyindən, bir sıra ölkələrdə sağlamlıq problemləri və siyasi qeyri-sabitlikdən danışıblar.
Hesabatda vurğulanıb ki, yaxın 90 ildə Yer kürəsinin əhalisi təxminən 3,1 milyard nəfər artmalıdır. Bu, Afrika, Asiya və Latın Amerikasında doğum nisbətinin yüksək olduğu ölkələrə görə baş verəcək. Avropa və Yaponiyada əhalinin sayının 2050-ci ilə qədər azalacağı proqnozlaşdırılır.
Poliqon.info