"Milan"ın mərkəz müdafiəçisi Malik Tiav karyerasını Almaniya Bundesliqasında davam etdirə bilər.
90deqiqe.Az-ın məlumatına görə, 23 yaşlı futbolçunun xidmətində "Bayer" maraqlıdır. Leverkuzen təmsilçisi rəsmi təklif etməyə hazırlaşır.
Tiavın özü də Bundesliqa klubunda çıxış etməyə müsbət baxır.
Transfermarkt ekspertlərinin fikrincə, Malik Tiav 20 milyon avro dəyərindədir. Ötən mövsümdə futbolçu "rossonerilər"in heyətində bütün turnirlərdə 31 oyun keçirib, bir qol vurub və bir məhsuldar ötürmə edib.