AZ

Rusiya və ABŞ arasında gələcək danışıqların mövzuları açıqlanıb

Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov Rusiya və ABŞ arasında danışıqların qarşıdan gələn yeni raundunu açıqlayıb...

Poliqon xəbər verir ki, bu barədə “Komsomolskaya Pravda” məlumat yayıb.

Diplomatın sözlərinə görə, görüş çox yaxında baş tutacaq, lakin konkret tarix hələ dəqiqləşdirilməyib.

Ryabkov qeyd edib ki, Rusiya-Amerika müzakirələri üç əsas sahədə davam edəcək. Bunlardan biri beynəlxalq siyasət və Yaxın Şərqdəki vəziyyət, o cümlədən İranın nüvə proqramı ilə bağlı məsələlərdir. O, həmçinin etiraf edib ki, bu sahədə razılığa gəlmək iki ölkə arasında hava nəqliyyatını bərpa etməkdən daha çətin ola bilər.

Bundan əlavə, nazir müavini əlavə edib ki, Moskva ilə Vaşinqton arasında müzakirə olunan mövzuların əksəriyyəti qıcıqlandırıcıdır. Belə məsələlərə Zaporojjya Atom Elektrik Stansiyasında yerləşən Amerika nüvə yanacağı, eləcə də ABŞ-da müsadirə edilmiş Rusiya diplomatik əmlakı daxildir.

Poliqon.info 

Seçilən
38
poliqon.info

1Mənbələr