AZ

Rusiya münaqişənin həlli ilə bağlı Moskva və Kiyevlə təmaslardan danışıb

Rusiya Dövlət Departamentinin sözçüsü Tammi Bryus bildirib ki, Birləşmiş Ştatlar münaqişənin həlli üçün həm Rusiya, həm də Ukrayna ilə ən yüksək səviyyədə əlaqələri davam etdirir...

Poliqon xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Onun sözlərinə görə, mövcud vəziyyətdə yeganə real həll yolu münaqişə tərəfləri arasında birbaşa dialoq vasitəsilə əldə edilə bilər.

Bryus əlavə edib ki, Vaşinqton daha əvvəl İstanbulda əldə edilmiş razılaşmalara uyğun olaraq Rusiya və Ukrayna tərəfindən həyata keçirilən növbəti hərbi əsir mübadiləsini alqışlayır.

Bundan əvvəl Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Georgi Tıxyi bildirib ki, hazırda münaqişənin həlli üçün Rusiya tərəfi ilə danışıqların üçüncü raunduna hazırlıq barədə danışmaq tezdir.

Poliqon.info 

Seçilən
72
poliqon.info

1Mənbələr