AZ

12 yaşlı hindistanlı qız 150.000 ağac əkib

Hindistandan olan bir qız bir neçə il ərzində 150 ​​mindən çox ağac əkib...

Poliqon xəbər verir ki, Good News Network nəşri onun  haqqında yazıb.

“Hindistanın Qreta Tunberqi” adlandırılan 12 yaşlı Prasiddhi Sinqh özünü ölkəni yaşıllaşdırmağa həsr edib. O, vətəni Tamil Nadu ştatında dağıdıcı siklondan sonra 7 yaşında ağac əkməyə başladı və gələn il Prasiddhi təbiətin qorunmasındakı xidmətlərinə görə nüfuzlu Dal Puraskar mükafatını alıb.

Qız təhsil proqramları həyata keçirən Prasiddhi Meşə Fondunu qurub. O, həmçinin manqrovları və gölləri bərpa edir və BMT-nin İqlim Dəyişikliyi Sammiti kimi böyük beynəlxalq forumlarda çıxış edib. Bu müddət ərzində Sinqh Hindistanda ictimai yerlərdə 150.000-dən çox ağac əkib və 14 meyvə meşəsi yaradıb. Prasiddhi minlərlə könüllü və ən gənc lider üçün ilham mənbəyi olub.

Poliqon.info 

Seçilən
41
poliqon.info

1Mənbələr