AZ

Kolumbiyada bir neçə polis məntəqəsində partlayışlar baş verib

Kolumbiyada üsyançı qrupların Kali şəhəri və qonşu Kauka əyalətində polis məntəqələri yaxınlığında bombaları partlatması nəticəsində azı 4 nəfər həlak olub...

Poliqon bu barədə Associated Press nəşrinə istinadən xəbər verir.

Ordu və polis rəsmiləri hücumlarda günahı 2016-cı ildə hökumətlə sülh sazişi imzaladıqdan sonra qrupdan ayrılan Kolumbiyanın İnqilabçı Silahlı Qüvvələrinin keçmiş üzvlərinin rəhbərlik etdiyi FARC-EMC qrupuna aid ediblər.

Səlahiyyətlilər bildiriblər ki, üsyançılar polis məntəqələri yaxınlığında park edilmiş avtomobil və motosikletlərə bombalar yerləşdiriblər.

Polis məntəqələrinə hücumlar prezidentliyə mühafizəkar namizəd Migel Uribenin Boqotadakı mitinq zamanı güllələnməsindən bir neçə gün sonra baş verib.

Səlahiyyətlilər Boqota xəstəxanasında ağır vəziyyətdə qalan Uribeyə hücumun arxasında kimin olduğunu araşdırdıqlarını bildiriblər.

Poliqon.info 

Seçilən
75
poliqon.info

1Mənbələr