Axar.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
ABŞ administrasiyası Rusiya-Ukrayna danışıqlarında əldə olunan irəliləyişi alqışlayır, bu danışıqlarda iştirak etmir, lakin hər iki tərəflə əlaqə saxlayır.
Axar.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Tammi Bryus brifinqdə məlumat verib.
“Prezident Donald Tramp və Dövlət katibi Marko Rubio artıq uzun müddətdir ki, Ukrayna münaqişəsinin yeganə real həll yolunun tərəflər arasında birbaşa dialoq vasitəsilə əldə oluna biləcəyini deyir və biz burada, heç olmasa bu baxımdan, məhz bunu müşahidə edirik. Biz, əlbəttə ki, hər iki tərəflə ən yüksək səviyyədə sıx əlaqələr saxlayırıq. Biz daha çox əsir mübadiləsini alqışlayırıq”, – deyə diplomat bildirib.
if (!$ISMOBILE) : ?>
include(__DIR__.'/320x100.php');?>
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.