Yəməndəki husi üsyançıları növbəti dəfə İsrailin paytaxtı Təl-Əvivdəki Ben Qurion hava limanına zərbə endirib.
Axar.az xəbər verir ki, bu barədə husilərin nümayəndəsi Yəhya Sariya deyib.
O bildirib ki, obyektə doğru 2 raket buraxılıb və onlardan biri birbaşa aeroporta düşüb. İsrailin hava hücumundan müdafiə sistemləri raketi zərərsizləşdirə bilməyib.
Sariya Fələstin xalqına dəstək olaraq hücumların davam etdiriləcəyini əlavə edib.