“Mançester Siti” “Lion”un futbolçusub Rayan Şerkini transfer edib.
İdmanxeber.az-ın məlumatına görə, 21 yaşlı hücumçu ilə 5 illik müqavilə imzalanıb. Premyer Liqa təmsilçisi transfer üçün 36,5 milyon avro ödəyib.
Fransa millisinin üzvü ötən mövsüm Liqa 1-də 30 oyun keçirib, 8 qol vurub və 11 məhsuldar ötürmə edib.