Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov Rusiya və ABŞ arasında danışıqların qarşıdan gələn yeni raundunu açıqlayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə kp.ru məlumat yayıb.
Diplomat görüşün "çox yaxında" baş tutacağını, lakin hələlik dəqiq tarix təyin olunmadığını bildirib.
Ryabkov qeyd edib ki, Rusiya-Amerika danışıqları üç əsas sahədə davam edəcək, bunlardan biri beynəlxalq siyasət, Yaxın Şərqdəki vəziyyət, o cümlədən İranın nüvə proqramıdır. O, həmçinin etiraf edib ki, bu sahədə razılığa gəlmək iki ölkə arasında hava nəqliyyatını bərpa etməkdən daha çətin ola bilər.