Futbol üzrə dünya çempionatının (DÇ-2026) Avropa zonası üzrə seçmə mərhələsində bu gün növbəti oyunlar keçirilib.
Arena.az xəbər verir ki, növbəti oyun günündə K, H və G qruplarının 4-cü turu çərçivəsində 6 qarşılaşma baş tutub.
K qrupunda Serbiya yığması Andorranı 3 cavabsız qolla yenibsə, Latviya – Albaniya görüşündə qalib müəyyənləşməyib.
H qrupunda Rumıniya millisi Kipri evdə, Avstriya yığması isə San Marinonu səfərdə məğlub edib.
G qrupunda Niderland millisi Malta yığmasına 8 cavabsız qolla qalib gəlib. Üç qolun qeydə alındığı Finlandiya – Polşa matçınd da meydan sahibləri sevinən tərəf olublar.
DÇ-2026
Qrup mərhələsi, 4-cü tur
10 iyun
K qrupu
Serbiya – Andorra 3:0
Qollar: Mitroviç, 12; 24; 53.
Latviya – Albaniya 1:1
Qollar: Çernomordis, 45+4 – Çernomordis, 29-öz qapısına.
Xallar: İngiltərə – 9. Albaniya – 5. Latviya – 4. Serbiya – 4. Andorra – 0.
H qrupu
Rumıniya – Kipr 2:0
Qollar: Tanase, 43. Man, 45+2.
San Marino – Avstriya 0:4
Qollar: Arnautoviç, 3; 15. Qreqoriç, 11. Baumqartner, 27.
Xallar: Bosniya və Herseqovina – 9. Rumıniya – 6. Avstriya – 6. Kipr – 3. San Marino – 0.
G qrupu
Finlandiya – Polşa 2:1
Qollar: Pohyanpalo, 31-pen. Kallman, 64 – Kivyor, 69.
Niderland – Malta 8:0
Qollar: Depay, 9-pen; 16. Van Deyk, 20. X.Simons, 61. Malen, 74; 80. Land, 78. Van de Ven, 90+2.
Xallar: Niderland – 6. Polşa – 6. Finlandiya – 4. Litva – 2. Malta – 1.