AZ

"Qarabağ"ın futbolçusu İsveçə qol vurdu - VİDEO

BAKI. 11 iyun. TELEQRAF

"Qarabağ"ın futbolçusu Yassin Benzia Əlcəzair millisinin heyətində İsveç yığmasına qarşı yoldaşlıq görüşündə iştirak edib.

Teleqraf xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi Stokholmdakı "Friends Arena"da təşkil olunmuş qarşılaşmanın 60-cı dəqiqəsində meydana daxil olub.

Həmin vaxt İsveç yığması 4:0 hesabı ilə öndə olub. Benzia 64-cü dəqiqədə komanda yoldaşı İsmael Bennaserə məhsuldar ötürmə verib. 71-ci dəqiqədə isə Benzianın özü qol vurub. 87-ci dəqiqədə Əlcəzair yığması penaltini də dəqiq yerinə yetirib və oyun meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 4:3.

Qeyd edək ki, Yassin Benzianın "Qarabağ"la müqaviləsi iyunun sonlarında başa çatacaq. Onunla müqavilənin uzadılmasına dair danışıqlar hələlik nəticə verməyib.

Seçilən
74
teleqraf.com

1Mənbələr