BAKI, 11 iyun. TELEQRAF
Hücumçu Memfis Depay Niderland millisinin tarixində ən çox qol vuran Robin van Persinin rekordunu təkrarlayıb.
Teleqraf xəbər verir ki, Depay DÇ-2026-nın seçmə qrup mərhələsində Malta ilə matçda iki qol vurub. 31 yaşlı forvard 9-cu və 16-cı dəqiqələrdə fəqlənib.
Depay Niderland millisində 102 oyunda 50 qol vurub. Van Persi də yığmada keçirdiyi 102 oyunda 50 dəfə fərqlənib. Van Persi 2017-ci ildə Hollandiya millisində son oyununu keçirib.
Qeyd edək ki, Maltanı 8:0 hesabı ilə məğlub edən Niderland yığması növbəti matçda Polşa ilə qarşılaşacaq. Oyun sentyabrın 4-də baş tutacaq.