AZ

Tramp Vaşinqtonda hərbi parad zamanı istənilən etiraz aksiyasına qarşı güc tətbiq edəcəyini açıqlayıb

ain.az, Azertag portalına istinadən məlumat verir.

Vaşinqton, 11 iyun, AZƏRTAC

ABŞ Prezidenti Donald Tramp həftəsonu Vaşinqtonda keçiriləcək hərbi paradda istənilən etiraz aksiyasına qarşı güc tətbiq edəcəyini deyib.

O bildirib ki, iyunun 14-də paytaxtda çox böyük bayram olacaq. Tramp hələlik paradla bağlı etiraz aksiyası keçiriləcəyinə dair məlumat əldə etmədiyini söyləyib.

“Lakin aksiya etmək istəyən insanlar böyük güc tətbiqi ilə qarşılaşacaqlar. Bunlar ölkəmizə nifrət edən insanlardır”,- deyə Prezident əlavə edib. Ordunun 250 illik yubileyinə həsr olunmuş parad həm də prezidentin 79-cu doğum gününə təsadüf edir.

if (!$ISMOBILE) : ?>

include(__DIR__.'/320x100.php');?>

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
65
1
azertag.az

1Mənbələr