AZ

12 yaşlı qız 150 min ağac əkdi

BAKI, 11 iyun. TELEQRAF

Hindistandan olan qız bir neçə il ərzində 150 ​​mindən çox ağac əkib.

Teleqraf xəbər verir ki, bu barədə “Good News Network” nəşri məlumat yayıb.

Məlumata görə, 12 yaşlı Prasiddhi Sinqx həyatını ölkəni yaşıllaşdırmağa həsr edib. O, 7 yaşından vətəni Tamil Nadu ştatında ağac əkməyə başlayıb.

Hindli qız təbiətin qorunmasındakı xidmətlərinə görə nüfuzlu “Dal Puraskar” mükafatını alıb.

İstedadlı uşaq böyük beynəlxalq forumlarda, məsələn, iqlim dəyişikliyi ilə bağlı BMT sammitlərində çıxış edir. O, həmçinin təhsil proqramları həyata keçirən fond da yaradıb.

Seçilən
69
1
teleqraf.com

2Mənbələr