AZ

DÇ 2026:Niderlanddan 8 cavabsız qol, Levandovskisiz Polşa uduzdu

ain.az, Fanat portalına istinadən məlumatı açıqlayır.

Bu gün DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsində növbəti oyunlar keçirilib.

Fanat.Az xəbər verir ki, G, H və K qruplarında ümumilikdə 6 görüş baş tutub.

Finlandiya turnir mövqeyi baxımından prinsipiallıq daşıyan matçda Robert Levandovskisiz qalan Polşa seçməsini məğlubiyyətə uğradıb və qrup liderinə çevrilib.

Niderland isə ardıcıl ikinci qələbəsini qazanıb. “Portağallar” evdə autsayder Maltaya divan tutublar - 8:0. 

Serbiyanın forvardı Mitroviç 3 qol vuraraq Andorra seçməsini təkbaşına yenibsə, Latviya öz meydanında Albaniya ilə qollu heç-heçəyə razılaşıb.

Avstriya millisi səfərdə San Marinonu darmadağın edib, Rumıniya yığması Kipri evə xalsız göndərib.

Qeyd edək ki, Azərbaycan millisi D qrupunda Fransa, İslandiya və Ukrayna yığmaları ilə mübarizə aparacaq. Millimiz seçmə mərhələyə sentyabrda start verəcək. 

if (!$ISMOBILE) : ?>

include(__DIR__.'/320x100.php');?>

DÇ-2026

Seçmə mərhələ, Avropa zonası

9 iyun

G qrupu

Finlandiya – Polşa 2:1

Qollar: Pohyanpalo, 31-pen. Kallman, 64 – Kivyor, 69.

Niderland – Malta 8:0

Qollar: Depay, 9-pen; 16. Van Deyk, 20. Simons, 61. Malen, 74; 80. Land, 78. Van de Ven, 90+2.

Xal durumu: Finlandiya – 7. Niderland – 6. Polşa – 6. Litva – 2. Malta – 1.

H qrupu

Rumıniya – Kipr 2:0

Qollar: Tanase, 43. Man, 45+2.

San Marino – Avstriya 0:4

Qollar: Arnautoviç, 3; 15. Qreqoriç, 11. Baumqartner, 27.

Xal durumu: Bosniya və Herseqovina – 9. Rumıniya – 6. Avstriya – 6. Kipr – 3. San Marino – 0.

K qrupu

Serbiya – Andorra 3:0

Qollar: Mitroviç, 12; 24; 53.

Latviya – Albaniya 1:1

Qollar: Çernomordis, 45+4 – Çernomordis, 29-öz qapısına.

Xal durumu: İngiltərə – 9. Albaniya – 5. Latviya – 4. Serbiya – 4. Andorra – 0.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
101
fanat.az

1Mənbələr