AZ

Qazaxıstan Azərbaycana buğda ixracına görə daşıma xərclərini kompensasiya edib

Azertag saytından verilən məlumata görə, ain.az xəbər verir.

Astanа, 11 iyun, AZƏRTAC

Buğdanın daşınma xərclərinin subsidiyalaşdırılması çərçivəsində Qazaxıstan buğdasının ixrac edildiyi əsas ölkə Azərbaycan olub.

AZƏRTAC Qazaxıstanın Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, 2025-ci il 10 iyun tarixinə olan məlumata əsasən, ümumilikdə 740,7 min ton ixrac olunan buğdanın 329,3 min tonu Azərbaycana göndərilib.

Azərbaycana buğda daşınmasına görə ixracatçılara artıq 1,1 milyard tenge məbləğində kompensasiya ödənilib.

if (!$ISMOBILE) : ?>

include(__DIR__.'/320x100.php');?>

Subsidiyaların verilməsi 2025-ci il yanvarın 1-dən qüvvəyə minib və buğdanın daşınma marşrutundan asılı olaraq bir ton üçün 20-30 min tenge aralığında kompensasiya nəzərdə tutur.

Ümumilikdə 121,7 min ton buğdanın daşınmasına görə ixracatçılara 2,8 milyard tenge həcmində subsidiya ödənilib.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
31
3
azertag.az

4Mənbələr