AZ

Böyük Britaniya iki israilli nazirə sanksiya tətbiq edib

London, 11 iyun, AZƏRTAC

Böyük Britaniya İordan çayının qərb sahilində fələstinli icmalara qarşı təkrar zorakılığa çağırışlar etdiklərinə görə İsrail hökumətində təmsil olunan iki sağçı nazirə sanksiya tətbiq edib.

AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, Böyük Britaniyanın xarici işlər naziri Devid Lemminin açıqlamasına əsasən, İsrailin maliyyə naziri Bezalel Smotriç və milli təhlükəsizlik naziri İtamar Ben-Qvirin ölkəyə daxil olmasına qadağa qoyulub və Böyük Britaniyadakı bütün maliyyə aktivləri dondurulub. Devid Lemmi bildirib ki, hər iki nazir ekstremist zorakılığa və fələstinlilərin insan hüquqlarının ciddi şəkildə pozulmasına təhrik ediblər.

İsrail hökuməti cavab olaraq rəsmilərə və hökumət üzvlərinə qarşı bu cür tədbirlərin görülməsinin qəbuledilməz və təəssüf doğurucu olduğunu bildirib.

Qeyd edək ki, Böyük Britaniyanın bu addımı Norveç, Avstraliya, Kanada və Yeni Zelandiya ilə birgə həyata keçirilən beynəlxalq tədbirlər paketinin bir hissəsidir. Hər iki nazirin Qəzza zolağındakı müharibə ilə bağlı sərt mövqeləri də beynəlxalq ictimaiyyət tərəfindən tənqid olunub. Onlar Qəzzaya humanitar yardımın daxil olmasına qarşı çıxır və fələstinlilərin bu ərazidən köçürülməsini təklif edirlər.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Seçilən
90
2
azertag.az

3Mənbələr