AZ

“İranlıların 40 faizi türkcə danışır” REAKSİYA

Sherg.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

İran hökumətinin rəsmi rəqəmini də götürsək, dil məsələsini beynəlxalq müstəviyə qaldırmağa diplomatik və hüquqi əsası var

İran hakimiyyəti uzun illərdir ölkə əhalisinin etnik və dil mənsubiyyətinə dair rəsmi statistika dərc etmir. Lakin zaman-zaman səslənən bəyanatlar bu mövzuda həqiqəti dolayısı ilə üzə çıxarır. Sürixdə yaşayan jurnalist Elbəyi Həsənli bu yaxınlarda diqqətçəkən paylaşımında İranın keçmiş xarici işlər naziri Əli Əkbər Salehinin 2011-ci ildəki etirafını yenidən gündəmə gətirib: “Salehi jurnalistin İran-Türkiyə ikitərəfli münasibətləri ilə bağlı sualına cavabında belə demişdi: 

"Biz demək olar ki, eyni dildə danışırıq. İranlıların 40 faizi türkcə danışır. Bu, (yəni türk dili) Türkiyə ilə İran arasında böyük bir bağdır" (“Amerikanın səsi” radiosu)”.

Salehinin “iranlıların 40 faizi türkcə danışır” bəyanatı nəinki bölgədə türk kimliyinin tarixi və sosial çəkisini göstərir, həm də bu əhalinin İran-Türkiyə-Azərbaycan münasibətlərində bir körpü rolu oynaya biləcəyini ortaya qoyur. Bu da bir daha sübut edir ki, İranda türklər yalnız mədəni-etnik qrup deyil, həm də regional sabitlik və inteqrasiya üçün ciddi sosial bazadır.

Xatırladaq ki, Salehi 1949-cu ildə Kərbəlada (İraq) anadan olub, onun atası da, anası da farsdır. Nəsli 200 ildən çoxdur ki, Kərbəlada yaşayır. O, fars, ərəb və ingilis dillərini mükəmməl bilir. Yəni bu sözü deyən adam etnik baxımdan farsdır, türk deyil. Bu, həm də o deməkdir ki, türklər İranda etnik azlıq yox, dominant xalqdır...  

Sözügedən açıqlamanın müəllifi etnik olaraq fars mənşəli olsa da, verdiyi rəqəm İran türklərinin ölkə daxilində azlıq deyil, ciddi sosial və siyasi gücə malik çoxluq olduğunu təsdiqləyir. Məsələyə regional perspektivdən baxdıqda isə bu fakt Azərbaycan üçün də mühüm strateji və mədəni əhəmiyyət daşıyır. Çünki İran türkləri təkcə etnik qrup deyil, eyni zamanda Türkiyə və Azərbaycanla ortaq kimliyin daşıyıcısı kimi bölgədə dəyərlər birliyini təmsil edirlər.

Milli Cəbhə Partiyası sədrinin müavini, siyasi ekspert  Tural İrfan da Sherg.az-a açıqlamasında bildirib ki, İranda yaşayan türklər təkcə Güney Azərbaycan əhalisi ilə məhdudlaşmır. Digər türk soyları var ki, fərqli ləhcələrdə danışırlar: 

if (!$ISMOBILE) : ?>

include(__DIR__.'/320x100.php');?>

“Bəzən İran hökuməti onları ayırır və sayı az göstərmək üçün manipulyasiya edir. Əgər ümumilikdə İranda yaşayan türk soyluları götürsək, bu, təqribən 65 faizə yaxın edir. Çünki assimilyasiya edilmiş, yaxud statistik məlumatlara daxil edilməyən çoxsaylı toplumlar, icmalar da var. Güney Azərbaycan da daxil olmaqla İran türklərinin hüquqları məsələsi beynəlxalq müstəvidə qaldırılmalıdır. Bu məsələ ilə əlaqədar məşğul olanlar ayrı-seçkilik etməməlidir. Güney Azərbaycan türkləri və digər türk toplumlarının ümumilikdə haqq və hüquqları məsələsi birgə qaldırılmalıdır. Bu kimi məsələlərin beynəlxalq müstəviyə qaldırılması barədə çoxdan hüquqi və diplomatik əsaslar mövcuddur. Ara-sıra bu məsələ qaldırılır, lakin ciddi şəkildə tələb qoyulmur”.

T.İrfan qeyd edib ki, İran rəsmisi 40 faiz türk dillilərin olmasını etiraf edirsə, təbii ki, obyektiv təhlillər də bu rəqəmin 65 faiz olduğunu göstərir: 

“Hər bir halda lap İran hökumətinin rəsmi rəqəmini də götürsək, dil məsələsini beynəlxalq müstəviyə qaldırmağa diplomatik və hüquqi əsas verir. "40 faiz türkcə danışır", deyilirsə, assimilyasiya edilmiş, dili unutdurulmuş da ən azı bir o qədərdir.

Türk dilində məktəbin, tədrisin olmaması türklərə həm dini, həm də hüquqi, dünyəvi cəhətdən zülmdür. İllərdir bu tələb qoyulub. Ağır repressiyalar və əsassız edamlara baxmayaraq, dil məsələsinin həlli tələb olunur, lakin İran hökuməti buna imkan vermir. Bu məsələnin həlli yolu şübhəsiz ki, beynəlxalq səviyyəyə qaldırılması və türkdilli dövlətlərin də bu tələbə dəstək vermələridir. Quranda Allahın insanları müxtəlif millətlərə böldüyü deyilir. Yəni İslam dininə görə, heç bir millətin milli kimliyini, dilini əlindən almaq olmaz. Bu, İslamda istismar, zülm hesab olunur. İslam Konfransı Təşkilatına üzv dövlətlər də müsəlman əhaliyə qarşı olan bu məsələni müzakirə edib müvafiq qərar qəbul etməlidir. Çünki bu cür haqsızlıqlar İslam dini ilə əlaqələndirilir”.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
73
1
sherg.az

2Mənbələr