AZ

Fələstin ilk dəfə İsrailə edilən o hücumu pislədi

Fələstin Prezidenti Mahmud Abbas ilk dəfə HƏMAS-ın İsrailə 7 oktyabr hücumunu pisləyib və terror qruplaşmasını Qəzzadakı girovları azad etməyə çağırıb.

“Qafqazinfo” xəbər verir ki, bu haqda “Times of Israel” məlumat yayıb.

“HƏMAS-ın 2023-cü ilin oktyabrında mülki şəxslərin öldürülməsi və girov götürülməsi ilə bağlı etdiyi hərəkət qəbuledilməzdir və pislənilməlidir. Qruplaşma bütün girovları dərhal azad etməlidir”, – Abbas Fransa Prezidenti Emmanuel Makrona və Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmana məktubunda yazıb.

Seçilən
90
1
qafqazinfo.az

2Mənbələr