AZ

Los-Ancelesdə komendant saatı tətbiq oluna bilər

BAKI, 11 iyun. TELEQRAF.

ABŞ-nin etirazlara bürünən Los-Anceles şəhərinin (Kaliforniya) meri Karen Base şəhərin mərkəzində komendant saatının tətbiq olunacağını istisna etməyib.

Teleqraf xəbər verir ki, o, mətbuat konfransında belə deyib.

Mer bildirib: "Biz komendant saatı tətbiq etmək imkanını nəzərdən keçiririk, zorakılıq davam edərsə, daha sərt tədbirlər görüləcək".

Mer əlavə edib ki, komendant saatının şəhərin bütün ərazilərinə tətbiqinə ehtiyac görmür və yerli hakimiyyət orqanları hələlik yekun qərar qəbul etməyib.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp da iyunun 14-də Amerika ordusunun yubileyi şərəfinə keçiriləcək hərbi parad zamanı etiraz aksiyaları olacağı təqdirdə, güc tətbiq edilə biləcəyi barədə xəbərdarlıq edib.

Seçilən
88
6
teleqraf.com

5Mənbələr