AZ

Rusiya sözün həqiqi mənasında başını itirib

Newscenter.az saytından alınan məlumata görə, ain.az bildirir.

Medinskinin qalmaqallı, keçmiş Dağlıq Qarabağı mübahisəli zona adlandırmasının ardından, Rusiyanın XİN mətbuat xidmətinin rəhbəri Mariya Zaxarovanın, Rusiya Qarabağı Azərbaycan ərazisi kimi tanıyır, deməsi ortalığı bir az sakitləşdirmişdir ki, indi də Rusiyanın açıq şəkildə Azərbaycan tərəfindən işğal etdiyi Ukrayna ərazilərini, Rusiya əraziləri kimi tanımaq tələbində olması ilə bağlı məlumat yayılıb.Əslində Rusiya sözün həqiqi mənasında başını itirib desək yanılmarıq. Yürütdüyü işğalçılıq siyasəti ilə hər kəsi çətin duruma salan, bezdirən, düşmənçilik toxumları əkən,bu əməllərinə başqalarını belə alət etməkdən çəkinməyən, hər kəs üçün təhlükə hesab edilən Rusiya, indi də cinayət əməllərinə don geydirmək istiqamətində əl-qolunu çırmalayıb və növbəti cinayətini Azərbaycandan siyasi dəstək almaqla başlamaq istəyir.Bir necə saat ərzində bu qədər fərqli mövqe nümayiş etdirmək və tələblər irəli sürmək, yalnız qeyri-sabitliyin nəticəsində baş verə bilər.Beynəlxalq hüququn işləmədiyi və siyasi baxımdan qeyri-sabit qərarlar qəbul edilən hər hansı bir ölkə, insanlıq üçün çox təhlükəli hesab olunur. Bu baxımdan hesab edirəm ki Avropa ölkələrində, zaman itirmədən, hərbi sahədə silah-sursat və canlı qüvvə toplamaq kimi hərəkətlilik, qarşıdakı təhlükənin nə qədər ciddi olduğunu və məsələnin şansa buraxılmaması üçün ən müdrik siyasət hesab etmək olar.Çingiz Şahbazi, siyasi ekspert

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

if (!$ISMOBILE) : ?>

include(__DIR__.'/320x100.php');?>

Seçilən
25
1
newscenter.az

2Mənbələr