AZ

Gürcüstanda 10 mindən çox şagird təhsildən yayınıb

Bakı. Trend:

Keçən il Gürcüstanda 10 min 800 şagird təhsildən yayınaraqməktəbləri tərk edib, bu da 2023-cü illə müqayisədə 2,6 min nəfərazdır.

Trend xəbər verir ki, bubarədə məlumat Gürcüstanın ictimai müdafiəçisi (ombudsman) Levanİoselianinin parlamentə təqdim etdiyi illik hesabatda yer alıb.

Hesabatda bildirilir ki, şagirdlərin 7599-u statusunu, 3201-iisə fəaliyyətini dayandırıb.

Şagirdlərin təhsildən yayınması çox vaxt rəsmi statistikayagörə, “şagirdin ailəsi ilə xaricə səyahəti”, “valideyn/qanuninümayəndənin ərizəsi”, “peşə kollecində təhsilin davam etdirilməsi”və “məhdud sayda ardıcıl məzuniyyət” kimi səbəblərləəlaqələndirilir.

Məktəbi tərk edənlərin 6,4 mini oğlan, qalanı isə qızlardır.

Maraqlıdır ki, 5609 azyaşlı 9-cu sinfi bitirdikdən sonraməktəbdə təhsilini dayandırıb.

Ombudsmanın sözlərinə görə, 2 minə yaxın şagird valideynlərininistəyi ilə təhsil prosesini yarımçıq qoyub və erkən nikah problemidə elə buradan qaynaqlana bilər.

Qeyd edək ki, Gürcüstanda ümumilikdə 2086 dövlət və 206 özəlməktəb var, onlardan 9-u internat məktəbidir. 2024-2025-ci tədrisili üzrə məlumata görə, şagirdlərin ümumi sayı 640 min 499nəfərdir.

Seçilən
32
az.trend.az

1Mənbələr