AZ

Türkiyə yığması Meksikaya məğlub oldu

BAKI, 11 iyun. TELEQRAF

2026-cı il dünya çempionatının Avropa seçmə mərhələsi öncəsi ABŞ-də təlim-məşq toplanışında olan Türkiyə millisi ikinci yoldaşlıq görüşü keçirib.

Teleqraf xəbər verir ki, “ay-ulduzlular” Meksika ilə qarşılaşmada 0:1 hesabı ilə uduzub. Oyunun taleyini həll edən qolu 45+1-ci dəqiqədə Orbelin Pineda vurub.

Yada salaq ki, Türkiyə təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama görüşündə ABŞ-ni 2:1 hesabı ilə udub. Həmin qarşılaşmada Arda Gülər ​​və Kərəm Aktürkoğlu rəqib qapısına yol tapıb.

Seçilən
31
3
teleqraf.com

4Mənbələr