AZ

“CASPIAN FINANCE BOKT”ın nizamnamə kapitalı kəskin artırıldı

“CASPIAN FINANCE BOKT” MMC-nin payçılarının 29 May 2025-ci il tarixli Ümumi Yığıncağının qərarına əsasən Təşkilatın nizamnamə kapitalı 5 milyon manat artırılıb.

Marja.az xəbər verir ki, “CASPIAN FINANCE BOKT”ın nizamnamə kapitalı 2 dəfə artırılaraq 10 milyon manata çatdırılıb. Bugünədək BOKT 5 milyon manat nizamnamə kapitalına malik idi.

Beləliklə,  “CASPIAN FINANCE BOKT” Azərbaycanda iri məbləğdə nizamnamə kapitalına malik Bank Olmayan Kredit Təşkilatlarından (BOKT) birinə çevrilib.

Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən verilmiş 25 Oktyabr 2023-cü il tarixli BKT-46 nömrəli lisenziya əsasında xidmətlər göstərən “CASPIAN FINANCE BOKT” 14 Dekabr 2023-cü il tarixindən aktiv fəaliyyətə başlayıb. Təşkilat biznes və əhaliyə kreditlərin verilməsilə məşğul olur. 

Təşkilatın payçıları 3 fiziki şəxsdir.

Xatırladaq ki, mikro, kiçik, orta bizneslərə və əhaliyə kreditlərin verilməsilə məşğul olan “CASPIAN FINANCE BOKT” MMC 2024-cü ili 472 min manat mənfəətlə başa vurub. 31.12.2024-cü il tarixində təşkilatın cəmi kredit portfeli (müştərilərə verilmiş kreditlər) 8 milyon 842 min manata, cəmi aktivləri isə 9 milyon 271 min manata çatıb.

Seçilən
63
marja.az

1Mənbələr