Azertag saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Pekin, 11 iyun, AZƏRTAC
Cənubi Koreyanın yeni Prezidenti İ Ce Myonq Çin Xalq Respublikasının (ÇXR) Sədri Si Cinpin ilə telefon danışığı zamanı ondan Koreya yarımadasının nüvəsizləşdirilməsi məsələsində konstruktiv rol oynamağı xahiş edib.
AZƏRTAC Cənubi Koreyanın prezident ofisinin açıqlamasına istinadla xəbər verir ki, yarım saatlıq telefon danışığı zamanı ikitərəfli əməkdaşlıq və regional məsələlər müzakirə olunub. Prezident İ Ce Myonq Çin liderini Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) noyabrda Kyoncu şəhərində keçiriləcək zirvə toplantısına dəvət edib. O, iki ölkənin iqtisadiyyat, təhlükəsizlik, mədəniyyət, xalq diplomatiyası sahələrində mübadiləni təşviq edəcəyinə ümidvar olduğunu deyib.
if (!$ISMOBILE) : ?>
include(__DIR__.'/320x100.php');?>
Si Cinpin Çinin Koreya yarımadasında sülhün və sabitliyin təminatına üçün səylərini davam etdirəcəyini bildirib.
Qeyd edək ki, Si Cinpin İ Ce Myonqun Cənubi Koreyada prezident vəzifəsinin icrasına başlamasından sonra ABŞ Prezidenti Donald Tramp və Yaponiyanın Baş naziri Şiqeru İşibadan sonra ünsiyyət qurduğu 3-cü xarici dövlət lideridir. Ekspertlər hesab edir ki, Prezident İ Ce Myonq Cənubi Koreyanın müttəfiqi ABŞ və ən böyük ticarət tərəfdaşı Çin arasında balanslı xarici siyasət yürütməyə çalışır. O, seçkiqabağı təşviqat dövründə Pekin ilə münasibətləri inkişaf etdirməyə və Tayvan məsələsində kənar qalmağın ölkəsi üçün faydalı olacağını açıqlayıb.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.