AZ

Paytaxtda ticarət dövriyyəsinin həcmi 5 %-ə yaxın artıb

Bakı. Trend:

Bu ilin yanvar-aprel aylarında Bakıda ticarət dövriyyəsininhəcmi 10 milyard 860,4 milyon manat olub.

Bu barədə Trend-əBakı şəhər Statistika İdarəsindən məlumat verilib.

Bildirilib ki, bu, 2024-cü ilin 4 ayı ilə müqayisədə 4,7 %çoxdur.

Ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütünməmulatlarının dəyəri əvvəlki ilin yanvar-aprel ayları ilə iləmüqayisədə 2,3 % artaraq 6 milyard 5,9 milyon manata, qeyri-ərzaqməhsullarının həcmi isə 7,7 % artaraq 4 milyard 854,5 milyon manatabərabər olub.

İstehlak məhsullarının 39,3 %-i hüquqi şəxs statuslumüəssisələrdə, 51,7 %-i fərdi sahibkarlara məxsus ticarətobyektlərində, 9 %-i isə paytaxtın məhsul bazarlarında satılıb.

Qeyd edək ki, bu ilin yanvar-aprel aylarında Azərbaycandapərakəndə ticarət şəbəkəsində istehlakçılara 18,4 milyard manatlıq,o cümlədən 10,3 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütünməmulatları, 8,1 milyard manatlıq qeyri-ərzaq malları satılıb.2024-cü ilin yanvar-aprel ayları ilə müqayisədə pərakəndə ticarətdövriyyəsi real ifadədə 3,7 %, o cümlədən ərzaq məhsulları, içkilərvə tütün məmulatları üzrə 1,6 %, qeyri-ərzaq malları üzrə 6,4 %artıb.

Seçilən
43
az.trend.az

1Mənbələr