BAKI, 11 iyun. TELEQRAF.
ABŞ Prezidenti Donald Trampın administrasiyası Daxili Təhlükəsizlik Nazirliyinin (DTN) terror aktlarının qarşısının alınmasına yönəlmiş proqramlarından birini ləğv etməyi planlaşdırır.
Teleqraf xəbər verir ki, bu barədə NBC News məlumat yayıb.
Məlumata görə, may ayında ABŞ Konqresinə təqdim edilən DTN büdcəsində ABŞ-də getdikcə fəallaşan kamikadze-terrorçularla mübarizədə departamentə kömək etmək üçün nəzərdə tutulmuş qrant proqramına 18 milyon dollar ayrılması nəzərdə tutulmayıb. Proqramdan imtinaya səbəb onun “DTN prioritetləri ilə uyğunsuzluğu”dur.
Qeyd edək ki, bu idarənin bir sıra indiki və keçmiş əməkdaşları hazırkı administrasiyanın terrorçularla mübarizə üçün belə bir vasitədən imtina etmək qərarını tənqid ediblər.