AZ

A seriyasında baş məşqçi AYRILIĞI

İtaliyanın "Leççe" klubu baş məşqçisi Marko Giampaolo ilə yollarını ayırıb.

Bizim.Media xəbər verir ki, bu barədə klubun rəsmi saytı xəbər yayıb.

57 yaşlı mütəxəssislə başa çatan müqavilə yenilənməyib.

Qeyd edək ki, "Leççe" mövsümü 34 xalla 17-ci pillədə tamamlayıb. Komanda Marko Giampaolonun rəhbərliyi altında 26 oyunda 6 qələbə və 13 məğlubiyyətlə yadda qalıb.

Bizim.Media

Seçilən
61
3
bizim.media

5Mənbələr