AZ

Vinisius Junior Braziliyanı DÇ-2026-ya daşıdı

BAKI, 11 iyun. TELEQRAF

Futbol üzrə 2026-cı il dünya çempionatının seçmə mərhələsinin Cənubi Amerika zonasında növbəti oyunlar keçirilib.

Teleqraf xəbər verir ki, 16-cı turda yerli azarkeşləri önündə Paraqvayı 1:0 hesabı ilə üstələyən Braziliya yığması mundiala vəsiqəni təmin edib. Beşqat dünya çempionlarının yeganə qolunu 44-cü dəqiqədə “Real Madrid”in ulduzu Vinisius Junior vurub.

Səfərdə Peru ilə qolsuz bərabərliyə nail olan Ekvador yığması da DÇ-2026-nın final mərhələsinə vəsiqəni təmin edib.

Çili millisi sona 2 tur qalmış dünya çempionatına vəsiqə qazanmaq üçün riyazi şanslarını da itirib.

Qeyd edək ki, Cənubi Amerika zonasından mundiala 6 komanda birbaşa vəsiqə qazanır.

Keçirilən oynlarda nəticələr belə olub:

Boliviya – Çili – 2:0

Uruqvay – Venesuela – 2:0

Argentina – Kolumbiya – 1:1

Braziliya – Paraqvay – 1:0

Peru – Ekvador – 0:0

Xal durumu: Argentina – 35 xal, Ekvador – 25, Braziya – 25, Uruqvay – 24, Paraqvay – 24, Kolumbiya – 22, Venesuela – 18, Boliviya – 17, Peru – 12, Çili – 10.

Seçilən
74
teleqraf.com

1Mənbələr