
ABŞ-nın Los-Anceles şəhərində komendant saatı tətbiq edilib.
Reyting.az xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Los-Ancelesin meri Karen Bass özünün “X” sosial şəbəkəsində yazıb.
O vurğulayıb ki, bu tədbir ABŞ prezidenti Donald Trampın yaratdığı “xaotik eskalasiyadan istifadə edən” bəzi etirazçıların pis hərəkətlərinin qarşısını almaq məqsədi daşıyır.
Bass Los-Anceles sakinlərini şəhərin mərkəzinə getməməyə çağırıb, qanunu pozanların saxlanılaraq məsuliyyətə cəlb ediləcəyi barədə xəbərdarlıq edib.
Bu arada Kaliforniya qubernatoru Qevin Nyusom Donald Trampın Dəniz Piyadaları və Milli Qvardiyanın Los-Ancelesə göndərilməsi qərarını əngəlləmək üçün təcili məhkəməyə müraciət etmişdi. D.Trampın özü isə “əgər Milli Qvardiyanı göndərməsəydim, Los-Anceles məhv olacaqdı”,- deyə iddia edib.
E. KAMAL